mal partiyası

Bir nəqliyyat sənədi üzrə bir nəqliyyat vasitəsində (konteynerdə) və ya nəqliyyat vasitələri qrupunda bir mal alanın ünvanına daşınan mallar

mal nomenklaturası
malın gömrük dəyəri
OBASTAN VİKİ
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur. Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi. Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı.
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Mal Qrad adası
Mal Qrad və ya Maliqrad (alb. Qyteti i Vogël) — Tektokik göl olan Prespada yerləşən kiçik ada. Yunanıstan, Albaniya və Şimali Makedoniya ilə sərhəddə yaxın ərazidə yerləşir. Mal Qrad adası Prespa gölünün Albaniyaya aid hissəsində hündür bir platoda yerləşir. Sahəsi 5 hektardır. Qolen Qrad adasından sonra Prespa gölünün sahəsinə görə ikinci adasıdır. ada daimi əhaliyə sahib deyil Adada çoxlu sayda mağara vardır. Burada vəhşi heyvanlar yaşayır. Çömçəquyruğa bənzər quruluşa sahibdir. Bir hissəsi ağacla örtülmüşdür.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. == Hadisə == Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.
Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. == Operettanın tarixi == === Yaranma tarixi === "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb). Əsər 1913-cü ilin yay aylarında yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb.
Alaş Partiyası
Alaş Partiyası — Qazaxların partiyası. == Tarixi == Alaş XX əsrin əvvəlində milli liberal hərəkatın liderləri tərəfindən qurulmuş olan ilk Qazax siyasi partiyasının adıdır. Qurulduğu dönəmdə Rusiyanın Qazaxıstanı müstəmləkə durumuna gətirməsindən doğan iqtisadi və sosial problemlər kritik bir nöqtəyə çatmış idi. Qazax çöllərinin müstəmləkələşdirilməsi könüllü Slavyan köçmənlərinin, əsasən Rus kazaklarının və kəndlülərin verimli Qazax otlaqlarına əl qoyması şəklində tanımlana bilər. Bu müddət 1731-ci ildə Kiçik Jüzün ilhaqı ardından başlamış; Qazax ərazisi rəsmən dövlət mülkü elan edilmiş və 1868-ci ildəki Keçici Nizamlara görə qazaxların ortaq istifadəsinə verilmişdi. Rus kəndlərinin köç etməsi özəlliklə 1905-ci il Rus inqilabının ardından Pyotr Stolıpin torpaq islahatının (1906–1917) həyata keçdiyi sırada kritik bir hal almışdı. Bu islahat Rus çöl icmasının yox edilməsi və yerinə güclü və müstəqil ailə mülklərinin meydana gətirilməsini hədəfləyirdi. Rus hökuməti bu torpaqların alış-satışına müsaidə edən bir siyasət izləyərək bu torpaqların xoşgüzar kəndliləri olan kulakların əllərində olmasına şərait yaratmış və fəqir kəndlilərin Rusiya imperiyasının digər əyalətlərinə, özəlliklə Orta Asiya və Sibirə köç etməsini təşviq etmişdir. Fəqir kəndlilər torpaqlarını satdıqdan sonra topdan köç etmişdilər. Rusiya dövləti köçmənləri qorumuş idi: bütün vergilərdən (15 il müddət ilə) və bütün vəzifələrdən (25 il müddət ilə) məaf tutulmuşlar; hər ailəyə 100 manatliq bir hissə verilmiş və hər ailə rəisi 30 desyatinlik torpaq almış idi.
Alba Partiyası
Alba Partiyası (ing. Alba Party) – Şotlandiyada mövcud olan siyasi partiya. Partiya televiziya prodüseri Lori Flin və Şotlandiyanın keçmiş ilk naziri Aleks Salmond tərəfindən qurulub.
Homindan partiyası
Qomindan və ya Homindan (çin. 中國國民黨; Zhōngguó Guómíndǎng — Çin Milliyətçi Partiyası) — Tayvandakı Çin Respublikası siyasi partiyası. İdeologiyaları antikommunizm və Çinin təzə birləşməsidir. 1894-cü il noyabrın 11-də Çin İntibah Cəmiyyəti kimi təsis edilmişdir. 2006-cı ildə 1,089,000 üzvü var idi. 2008-ci il yerli seçkilərində qalib gəldi. Rəsmi rəngi mavidir. == Tarixi == Homindanın ideoloji və təşkili mənşəyi 1894-cü ilində o vaxt Havay Respublikasının paytaxtı olan Honolulu şəhərində Çinin Dirçəliş Üçün Cəmiyyətinin banisi və Çin milliyətçisinin tərəfdarı olan Sun Yatsenın işlərindən gəlir. Milliyətçi Partiya Pekin şəhərindəki Huquan Gildiya Sarayında Çinin ilk milli seçkilərdə iştirak məqsədilə birləşən beş kiçik partiyasının birləşməsi nəticəsində 1912-ci ilin avqustun 25-də yaradılıb.
Hümmət Partiyası
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Kommunist Partiyası
Kommunist Partiyası — İnqilabi siyasi partiya. Kommunist Partiyası Fəhlə sinfinin liderliyində istehsal vasitələrinin mülkiyyətinin kollektivləşdirilməsini hədəf seçən və bütün dünyada hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacı qədər prinsipi əsasında sinifsiz, sərhədsiz və sömürüsüz bir dünya qurmağı hədəfləyən qanuni və ya qanunsuz olaraq təşkilatlanan, silahlı qanadı da verə bilən siyasi partiya idi.
Musavat partiyası
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Mücahid Partiyası
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Qeyrət Partiyası
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Ələkbər bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır.
Qolkar Partiyası
Qolkar Partiyası və ya Funksional Qruplar Partiyası (ind. Partai Golongan Karya) İndoneziyada siyasi partiyadır. 1964-cü ildə Sekber Qolkar (Sekretariat Bersama Golongan Karya, Funksional Qrupların Birgə Katibliyi) kimi quruldu və ilk dəfə 1971-ci ildə Qolkar (Golonqan Karya, Funksional Qruplar) kimi iştirak etdi. O ərəfədə Qolkar bir siyasi partiya deyildi. 1999-cu ildə məcburi yeni seçki qanunu ilə qruplar özünü siyasi partiya kimi müəyyənləşdirdi. Qolkar 1971-ci ildən 1999-cu ilə qədər İndoneziyada hökumət qrupu idi, Prezident Suxarto və Buharuddin Yusuf Habibi, daha sonra prezidentlər Abdurrahman Vahid, Meqavati Sukarnoputri və Susilo Bambanq Yudhoyono rəhbərliyindəki iqtidar koalisiyalarına qoşulur.İndoneziya Demokratik Mübarizə Partiyasından prezident Coko Vidodo 2014-cü ildə seçildiyi zaman, Qolkar əvvəlcə keçmiş general Prabovo Subianto rəhbərliyi ilə keçmiş müxalifət koalisiyasına qoşulub, lakin 2016-cı ildə Vidodonun hökumətinə bağlılığını bildirdi.
Respublikaçılar partiyası
Azərbaycan Respublikaçılar Partiyası — Azərbaycanda 1999-cu ildə Rufiz Qonaqovun sədrliyi ilə təsis olunmuş, 2002-ci ildə dövlət qeydiyyatına alınmış, daha sonra Sübut Əsədovun sədrlik etdiyi və 8 aprel 2023-cü il tarixində özünü buraxmış iqtidaryönlü siyasi partiya.
Rifah Partiyası
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Bozqurd Partiyası
Azərbaycan Milli Demokrat Partiyası, qısaca AMDP, AzMDEP, AzMDP və ya AMDEP (keçmiş adı ilə Azərbaycan Boz Qurd Partiyası) — 1992-ci ildə İsgəndər Həmidov tərəfindən Bozqurd Partiyası adı altında qurulan, 1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınan, 1995-ci ildə qeydiyyatı ləğv olunan, 1995-ci ildə qeyri-rəsmi, 1999-cu ildə rəsmi olaraq adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişən, 2008-ci il dekabrın 24-də yenidən rəsmi dövlət qeydiyyatına alınan və 14 aprel 2023-cü ildə fəaliyyətini dayandıran siyasi partiya. == Tarixi == === Boz Qurd Partiyası === 1992-ci ildə İsgəndər Həmidov rəhbərliyində Azərbaycan Xalq Cəbhəsi bazasında milliyətçi cəmiyyət yaradılmışdır. 25 dekabr 1993-cü ildə bu cəmiyyətin Azərbaycan Boz Qurd Partiyasına çevrilməsi haqda qərar verilmişdir. 26 dekabr 1993-cü ildə 7 təsisçinin iştirakı ilə Azərbaycan Boz Qurd Partiyasının I (Təsis) Qurultayı keçirilmiş, professor Bəxtiyar Əhmədov partiyanın sədri, Qələndər Muxtarlı isə partiya sədrinin birinci müavini seçilmişdir. Partiya 1994-cü ilin mart ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 1995-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmaması səbəbi ilə ləğv edildi. === Milli Demokrat Partiyası === 11 iyul 1995-ci ildə Azərbaycan Boz Qurd Partiyası adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişdirdi. 1996-cı ildə Qələndər Muxtarlı partiyanın baş katibi seçildi. 1999-cu ildə II Qurultay keçirilmiş və qurultayda partiyanın adı rəsmi olaraq Azərbaycan Milli Demokrat Partiyasına dəyişdirilmişdir. 2005-ci ildə Azərbaycan Milli Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Azadlıq Partiyası ilə birgə Demokratiya Uğrunda İttifaqı təsis etmişdir.
Fəzilət Partiyası
Arya Partiyası
Arya Partiyası (fars. :زب آریا‎, transliterasiya: Ḥezb-e Āryā) və ya Aria, Ariya Partiyası kimi də tələffüz edilir. İranda mövcud olmuş monarxiya tərəfdarı millətçi partiyadır. Partiya özünün Britaniyapərəst və sərt antikommunist siyasəti ilə seçilmişdir. Partiya o dövrdə İranı idarə edən Pəhləvi sülaləsi tərəfindən maliyyələşdirilmişdir.. Arya Partiyası da Paniranist Partiyası kimi digər kiçik sağçı partiyalarla birlikdə İran cəmiyyətinin bütün sosial problemlərinin kökünü müsəlmanların İranı fəth etməsində görürdülər. General Həsən xan Ərfə partiyanın lideri idi. Partiyanın aktiv və güclü hərbi qanadı mövcud idi. Deyhami tərəfindən rəhbərlik edilən bu qanada İran ordusunun zabitlərinin cəlb edilməsin çalışılırdı. Lakin hadisələrin arxasında duran əsl şəxs həsən Axəvi idi.
Mavi Partiyası
Mavi Partiyası (farsca:حزب کبود, transliterasiya: Hezb-e kabud), ləqəbi ilə İran Nasist Partiyası və ya "Qara köynəklilər" (farsca: سیاه‌پوشان, transliterasiya: Siahpushan) — İranda fəaliyyət göstərmiş faşist və ya nasist partiyası. Partiya almanpərəst siyasət izləmiş və almonofil partiya olaraq tanınmışdır. Partiyanın əsasını Həbib-Allah Novbaxt qoymuşdur. Partiyanın üzvü olan məşhur şəxslər sırasında Fəzlulla Zahidi (1953-cü ildə Məhəmməd Müsəddiqi devirilməsi ilə nəticələnən çevrilişi edən şəxs) və Şəms Qanatabadi də olmuşdur.
Nasist Partiyası
Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei‎) — Veymar Respublikası dövründə yaranan alman siyasi partiyasıdır. O dövrlərdə Almaniya imperiyasının Birinci dünya müharibəsini uduzması və ağır itkilər verməsi və sonda Versal sazişi ilə alman xalqının bütün haqlarının alınması və xalqın qısaca əzilməsi bu qatı milliyətçi partiyanın yaranmasına səbəb oldu. Müharibədən sonra böyük böhranında baş verməsi ilə alman xalqı işsiz və evlərinə günlərlə çörək aparmayacaq vəziyyətə gəlmişdi. Partiyanın üzvlərinin sürətlə artması da bununla əlaqədardır. 20-ci əsrdə alman siyasətində çox böyük yer tutan partiyanın ideologiyası nasional sosializm olmuşdur. Hakimiyyəti dövründə anti-marksist, anti-semitist, anti-kapitalist siyasət yeritmişdir. Tarixi olaraq partiyanın sələfi kiçik bir qüvvə olan alman millətçiləri idi. Müharibədən sonra Almaniyanın pis vəziyyətdə olması Anton Drekslerin Almaniya Fəhlə Partiyasını qurması ilə nəticələndi. Bu partiya müharibədən sonra Almaniyada qurulan ilk partiyalardan idi.
Paniranist Partiyası
Paniranist Partiyası (fars. :حزب پان‌ایرانیست‎, transliterasiya: Ḥezb-e Pān-Irānist) — İranda mövcud olmuş və paniranizmə əsaslanmış kiçik müxalifət partiyası. Partiya qeydiyyatdan keçirilməsə və texniki olaraq qadağan edilsə də, İran daxilində fəaliyyətini davam etdirməkdədir. Pəhləvi sülaləsinin hakimiyyəti dövründə partiya parlamentdə təmsil edilirdi və rejim daxilində pari-müxalif partiya hesab edilirdi. Partiyanın fəaliyyətinə göz yumulsa da, 1971-ci ildə İranın Bəhreynin müstəqilliyini tanımasından sonra partiya buna etiraz etdi və buna görə də, fəaliyyətinə icazə verilmədi. Partiya öz fəaliyyətini sonlandırmağa və 1975-ci ildə yaradılmış Dirçəliş Partiyasına (farca: حزب رستاخیز ملت ایران, transliterasiya:Ḥezb-e Rastaxiz Mellət İran) qatıldı. Paniranist Partiya zaman-zaman İranda millətçi partiyalardan biri olan Milli Cəbhənin dəstəkçisi olmuşdur. Partiya əsas ideologiyası etibarilə millətçi bir partiya idi. Mahiyyət etibarilə kommunizmə qarşı olan partiya, buna görə tez-tez Tehran küçələrində Tudə Partiyası tərəfdarları ilə kütləvi toqquşmalara girməkdə idi. 1940-cı illərin kontekstində partiya "dünyəvi untranasionalizm" tərəfdarı, 1960-cı illərdə isə "dünyəvi millətçi" partiya kimi təsvir edilir.
ƏHD Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfi olduğunu iddia edir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir. Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyasını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir. Partiyanın sıralarında indiyədək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.